Dünya futbolu

“Messi ehtiyat oyunçular skamyasında oturmağa razılıq verməlidir”

“Barselona”nın baş məşqçisi Xerardo Martino maraqlı açıqlamalar verib.

İspaniya məybuatına danışan mütəxəssis komandanın ulduz futbolçusu Messini bəzi oyunlarda ehtiyatda saxlayacağını bildirib:

“Messi arada istirahət etməlidir. Bu onun üçün də xeyirlidir. Ona görə də o, ehtiyat oyunçular skamyasında oturmağa razılıq verməlidir.  Ancaq bu o demək deyil ki, mən onu 5 oyun dalbadal oynatmayacam. Baş məşqçi kimi mənim qərarlarım daha önəmlidir. Ancaq qərarlarımı futbolçularımla da müzakirə etməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43