22 Oktyabr 2024
Dünyadan

Messi FİFA-nın mükafatlandırmasına getmir

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi FIFA versiyası üzrə təşkil ediləcək 2016-cı ilin ən yaxşı futbolçusu qala gecəsində iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, belə bir açıqlama Kataloniya klubundan verilib.  Məlumata görə, argentinalı ulduzla yanaşı, FIFA-nın 2016-cı il üçün rəmzi yığmasına namizədlər – Andres İnyesta, Luis Suares və Jerar Pike də mükafatlandırma mərasiminə qatılmayacaq. “Barselona”dan bu addımın futbolçuların İspaniya kubokunda “Atletik Bilbao” ilə cavab oyununa hazırlıq məqsədilə atıldığı bildirilib. İlk görüşdə Luis Enrikenin komandası 1:2 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, Messi ilə yanaşı, ilin futbolçusu adına namizədlər arasında Madridin “Real” klubunun forvardı Kriştiano Ronaldo və “Atletiko” komandasından Antuan Qrizmann yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43