Dünya futbolu

“Messi Fransada layiq olduğu hörməti görmədi”

PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu argentinalı ulduzun Fransada layiq olduğu hörməti görmədiyini deyib:

“Messi bütün təriflərə layiqdir. Amma əslində o, Fransada layiq olduğu hörməti görmədi”.

Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43