15 Yanvar 2025
Dünyadan

Messi: “Həyəcanı görə bilirəm”

“Oyuna sonradan daxil olmağı mən istədim. Baş məşqçimiz Alexandro komandaya gəldikdən bu yana güvəniləcək bir kollektiv olduq. Artıq bizə güvənmək olar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Barselona” və Argentina millisinin hücumçusu Lionel Messsi deyib.

Ulduz futbolçu Braziliyadakı mundial üçün həyəcanlandıqlarını dilə gətirib:

“Komanda yoldaşlarımın üzündəki həyəcanı görə bilirəm. Braziliyaya böyük bir həyəcanla gedirik. Heyətimizdəki ulduz adlar sevindirici, amma addım-addım irəli getməli olduğumuzu unutmamalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43