Dünya futbolu

Messi: “Qızıl top”u qazanmayacağımı bilirdim”

“Barselona”nın superulduzu Leo Messi İspaniya mətbuatına müsahibə verib. Argentinalı futbolçu builki “Qızıl top”u qazanamayacağını bildiyini söyləyib:

“Namizədləri görəndə “Qızıl top”u qazanmayacağımı bilirdim. Birinci olmadıqdan sonra beşinci və ya dörüncü olmağımın heç bir önəmi yoxdur”

Messi bu il “Real”dan ayrılıb “Yuventus”a keçən Kristiano Ronaldo barəsində də danışıb:

“Onun “Real”dan ayrılması komandaya mənfi təsr edə bilər. Bu, başadüşüləndir. Çünki Ronlado böyük oyunçudur. Onunla aramda güclü br rəqabət var idi. Bu da ən çox azarkeşlər üçün maraqlı idi”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43