Dünya futbolu

Messi Ronaldonu geridə qoydu

Messi La Liqanın 30-cu turunda “Vilyarreal”la matçda (4:4) komandasının bərabərlik qolunu vurub.  Bununla da, argentinalı hücumçu standart vəziyyətdən vurduğu qolların sayını 81-ə (29-u cərimə zəribələri, 52-i penalti) çatdırıb.

Messi bu göstəricidə “Real”ın sabiq futbolçusu və hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldonu (80 qol) geridə qoyub.

Qeyd edək ki, Messi İspaniya çempionatında keçirdiyi 446 matçda 415 qol vurub, 238 qol ötürməsi verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43