16 Sentyabr 2024
Dünya futbolu

Messi “Spartak”ın futbolçusunu yanına gətirir

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Markos Roxonun komanda yoldaşı olmasını istəyir.

İdmanxeber.az-ın məlumatına görə, artıq komandanın baş məşqçisi Xerardo Martino Roxonu Amerika klubuna keçməyə razı salmaq üçün ona zəng edib. Futbolçuya digər namizəd isə “Palmeyras”dır.

33 yaşlı Roxo hazırda “Boka Xuniors”da oynayır, Argentina komandasının kapitanıdır. Onun müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

2010-2012-ci illərdə Roxo Moskvanın “Spartak” klubunda 16 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43