Dünyadan

“Messi üçün ağlayacağıq” – Mourinyo

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun az şans verdiyi futbolçulardan biri də 10 ildir klubun şərəfini qoruyan Maykl Karrikdir.

İdmanxeber.com xəbər verir ki, portuqaliyalı mütəxəssis bunu yarımmüdafiəçinin yaşı ilə əlaqələndirib: “İnsan 25 yaşda başqa, 35 yaşda bir başqa cür olur. Karrik fenomenal futbolçudur. Lakin mən onu Reşford və Errera kimi, ardıcıl 4-5 matçda oynada bilmərəm. Yaşı buna icazə vermir. 5 ildən sonra Lionel Messinin 34 yaşı olacaq və həmin vaxt biz ağlayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43