Dünya futbolu

Messi vurub, Alisson tutub

Avropanın 5 böyük liqasında 2018-2019 mövsümünün ilk yarısında ən çox qol vuran oyunçu Lionel Messi olub. Argentinalı futbolçu geridə qalan 17 turdan sonra 15 qolla bombardirlik yarışında zirvədədir.

Son iki ildir “qızıl buts” mükafatının qalibi olan Messi bu preformansı ilə bu il də sözügedən mükafatın ən böyük namizədidir.

“Böyük beşlik”də qapısında ən az qol görən isə “Liverpul” komandası olub. Alisson geridə qalan 21 turdan 12-də qapısını toxnulmaz saxlamağı bacarıb.

Keçirilən 21 oyunda qapısından cəmi 10 qol buraxan braziliyalı bu sahədə hamını qabaqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43