Dünyadan

Messi yalanladı: “Yalan, hamısı yalan”

“Barselona”nın argentinalı ulduzu Lionel Messi, baş məşqçi Luis Enrike ilə yaşadığı gərginlik sonrası Katalan nəhəngini tərk edəcəyi iddialarını yalanladı.

İdmanxeber.com-un mlumatına görə, “Real Sosiedad” məğlubiyyətində matça ehtiyatda başlaması hadisələri gərginləşdirərkən, Messi baş məşqçisi ilə bir problemi olmadığını və medianı Katalan klubuna şər atmaqda günahlandırdı.

Argentinalı, “Barca TV”yə verdiyi açıqlamada- “Qalmaq üçün kimsəyə bir şərt dayatmadım ki, ayrılmaq kimi bir niyyətim də onsuz da yoxdur. Luis Enrike ilə aramda bir problem varmış göstərilməsi xoş deyil. Bu aralar hər zamankindən daha çox birlik və birliyə ehtiyac duyuruq. Atamın “Mançester Siti” və “Çelsi” ilə görüşdüyü deyilir. Yalan, hamısı yalan.”- dedi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43