22 Sentyabr 2024
Dünya futbolu

Messi yenidən Ronaldo ilə üz-üzə gələcək

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” “Əl-Hilal” və Kristiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubları ilə yoldaşlıq görüşləri keçirəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunlar yanvarın 29-u və fevralın 1-də baş tutacaq. 

Messi 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. Hazırkı müqavilə 2025-ci ilin sonunda başa çatır.

MLS-in müntəzəm mövsümündə 36 yaşlı argentinalı 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43