Dünyadan

Messini tənqid etdiyi üçün vəzifəsindən qovuldu

“Barselona” klubunun direktoru Pere Qratakos vəzifəsindən qovulub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun saytından açıqlama verilib.

Belə ki, Qratakos müsahibələrindən birində Messi haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün işindən kənarlaşdırılıb.

“Barselona” tək Messidən ibarət deyil. O çox vacib oyunçudur, ancaq qələbəni bütün komanda qazanır. Neymar, Suarez, İnyesta, Pike və digər oyunçular olmasa, Messi bu qədər yaxşı ola bilməzdi” – bu sözlər direktorun başına bəla olub.

Klubun rəsmi saytında yer alan açıqlamada bildirib ki, qovulmanın əsas səbəbi Qratakosun klubun mənafeyinə uymayan sözlər danışmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43