08 Sentyabr 2024
Dünya futbolu

Messinin “Barselona”ya məsləhət gördüyü baş məşqçi

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Barselona”ya Argentinanın baş məşqçisi Lionel Skalonini məsləhət görüb.

İdmanxeber.az-ın məlumatına görə, millinin sabiq müdafiəçisi Xavyer Maskerano da Kataloniya rəhbərliyi ilə görüşdə argentinalı mütəxəssisin xeyrinə fikirlərini bildirib. Skaloninin Argentina yığması ilə müqaviləsi 2026-cı ilin sonuna kimidir.

“Barselona”nın baş məşqçisi Xavi 2023/24 mövsümünün sonunda postunu tərk edəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43