Dünya futbolu

Messinin “Barselona”ya qayıdışı gözlənilmir

Lionel Messi yaxın vaxtlarda “Barselona”ya qayıtmayacaq.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta bu yaxınlarda Messinin atası ilə görüşüb. Onlar Leonun Kataloniya təmsilçisinə qayıtma ehtimalı barədə müzakirə aparıblar.

Bildirilir ki, hazırda Messiyə “Barselona”dan heç bir təklif yoxdur. Heç kim onun qayıtmağını gözləmir. “Barselona”nın tək məqsədi klubun borclarını azaltmaqdır.

Əgər rəhbərlik 200 milyon avroya yaxın borcunu bağlaya bilməsə, komanda transfer edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43