Dünya futbolu

Messinin baş məşqçisi qovulur

Argentina Futbol Federasiyası millinin komandanın çalışdırıcısı Edqardo Bauza ilə yolları ayıracaq.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in seçmə mərhələsindəki uğursuz çıxış bu addıma səbəb olub. Bauzanın göndəriləcəyi yaxın günlərdə rəsmən açıqlanacaq.

Qeyd edək ki, Argentina millisi DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43