Dünya futbolu

Məsut Özil “Bavariya”ya qarşı oynamayacaq

“Arsenal”ın fubolçusu Məsut Özil Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə cavab oyununu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə London təmsilçisinin baş məşqçisi Arsen Venger məlumat verib. O, xəstələnən türkəsilli yarımmüdafiəçinin sözügedən matça hazır olmadığını bildirib.

Qeyd edək ki, “Arsenal” – “Bavariya” oyunu bu gün keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43