Dünya futbolu

Mesut Özil: “Bu axşam çox seksi oynadıq”

Premyer Liqanın 9-cu turuna yekun vurulub.

İngiltərə Premyer Liqasının 9-cu turunda doğma meydanda “Lester”i 3:1 hesabı ilə məğlub edən “Arsenal” komandasının türk əsilli futbolçusu Mesut özil “İnstagram” hesabından maraqlı paylaşım edib. O, “Bu axşam çox seksi oynadıq. Bu komandanın kapitanı olmaqdan qürur duyuram” deyə yazaraq komanda yoldaşlarını təbrik edib.

Qeyd edək ki, Özil bu qarşılaşmada 1 qol, 1 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43