Bir müddətdir adı “Real”la anılan Mesut Özilin “Arsenal”dan gedəcəyi gözlənilirdi.
İdmanxeber.com-un məlumatına görə, Özillə yanaşı Aleksis Sançezin də komandadan ayrılması gündəmdəydi.
Bütün bu söz söhbətlərə “topçular”ın baş məşqçisi Arsen Venqer son qoyub:
“Hər ikisinin də 2018-ci ilə qədər bizimlə müqaviləsi var. Müqavilə yeniləmək üçün keçirdiyimiz görüşlər müsbət nəticələr verdi. Azarkeşlər narahat olmasınlar”.