Dünya futbolu

Məsut Özildən Perezə cavab: “Peşəkar olmasaydım, 159 matçda oynamazdım”

Transferin son günündə "Real"dan "Arsenal"a transfer olan Məsut Özil baş məşqçisi Arsen Vengerlə birlikdə mətbuat konfransı keçirib.

Madrid təmsilçisinin prezidenti Florentino Perezin Məsuta "peşəkar deyil" deməsinə cavab verən yarımmüdafiəçi bunları dilə gətirib:

"Real" haqda pis şeylər danışmaq istəmirəm, çünki orada möhtəşəm 3 il keçirmişəm. İnsanlar mənim neçə peşəkar futbolçu olduğumu bilirlər. Peşəkar olmasaydım, 159 maçtda oynamazdım. Dedi-qodular məni maraqlandırmır. Artıq Londondayam, ciddi hədəflərim var və buna çatmaq üçün əlimdən gələni edəcəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43