Ölkə futbolu

Mətbuat və azarkeşlər üçün açıq məşq

Noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının səfər ərəfəsində – noyabrın 12-də, saat 16:15-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçiriləcək.

Mətbuat nümayəndələri məşqdən əvvəl futbolçulardan müsahibə ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43