Kateqoriyasız

“Meydanda əsl komanda gördüm” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı yoxlama oyununu şərh edib.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis Maltada baş tutan və 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında bunları söyləyib:

“Təbii ki, bir nəfər azlıqda qalmağımız oyun planımızı dəyişdi. Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarovla qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm. Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq.

​Qol epizodondan öncə künc zərbəsi zamanı bizim lehimizə qayda pozuntusu olmuşdu, amma hakim tam əks tərəfə cərimə verdi. Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43