27 Oktyabr 2020
Kateqoriyasız

“Meydanda görmək istədiyim komandanı gördüm” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Gənc mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– İlk növbədə dövlətimizi, ordumuzu qazanılan uğurlara görə təbrik edirəm. Oyuna gəldikdə, maraqlı alındı, sürətli futbolun şahidi olduq. Xüsusilə, ikinci hissədə üstün oynadıq. Bu gün meydanda görmək istədiyim komandanı gördüm. Önümüzə baxıb, daha güclü olmalıyıq.

– Ağabala Ramazanovun oyuna gec qoşulması nəylə bağlı idi?
– O, bizim kapitanımızdı. Sadəcə zədəli idi, həkimlərlə məsləhətləşəndən sonra 20-25 dəqiqə oynaya biləcəyini bildik. Ona görə sonradan meydana daxil oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Avro-2020 biletləri satışa çıxarıldı

admin

“İlk oyunda “Qarabağ”ın zəif yerlərini gördük”

admin

“Ronaldo yüzlərlə qıza tilov atıb, mənə də İnstaqramda yazdı, cavab vermədim”

admin