29 Sentyabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • “Meydanda hər bir futbolçu komanda yoldaşına görə ölməyə də hazır olsun” – De Byazi
Milli komanda Müsahibə

“Gərək meydanda hər bir futbolçu komanda yoldaşına görə ölməyə də hazır olsun” – De Byazi

Millətlər Liqasının I turunda keçiriləcək Azərbaycab – Lüksemburq oyunundan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırdı…

– 3 il futboldan kənar qalmısız, futbolçular isə uzun müddət oynamayıb. Hansı tərəfin daha çox darıxdığını deyə bilərsiz?
– Mən çox sakitəm. Heç bir probem ola bilməz. Uzun müddət işləməsəm də, çalışmağa başlayanda bütün enerjim bərpa olunur və bunu komandama yönəldirəm. Mən futbolsuz qalanda çox darıxıram. Ancaq bu, mənim üçün yeni çağırış, yeni stimuldu. Dekabrda A Seriyası komandasından təklif alsam da, rədd etdim. Çünki Azərbaycanda işləmək daha maraqlı idi. Burda böyük uğurlara imza atmaq istəyirəm. Futbolçular üçün də çox çətin idi. Elə jurnalistlər də darıxıb. Arzu edirəm ki, tezliklə vəziyyət düzələcək və işimizə normal qaydada davam edəcəyik.

– Müqavilə imzalanmazdan əvvəl demişdiz ki, Azərbaycan yığmasının bütün oyunlarını izləmisiz. Son bir həftədə isə komanda ilə işlədiz. Gözləntiləriniz nə idi və nə gördüz?
– Komanda ilə çox işlədiyimizi deyə bilmərəm. Normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə birgə gündə 18 saat işləmişik. Futbolçuları tanımağa, öyrənməyə, yerli mentalitetə bələd olmağa çalışmışıq. 9 gündə cəmi 12 məşqimiz olub, bu gün isə 13-cü olacaq. Futbolçuları inandırmağa çalışmışıq ki, nəyəsə nail olmaq istəyiriksə, çox işləməliyik.

– Rəqib barədə hansı fikirdəsiz?
– Qrupda reytinqə görə 4-cü komandayıq. Lüksemburq son illərdə çox inkişaf edib. Komandada çoxlu latın amerikalı oyunçular var. Rəqibə hörmət edirik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək.

– Milliyə dəvət etdiyiniz futbolçuların arasında klubsuz, uzun müddət oynamayanlar var. Həmin oyunçuları hansı xüsusiyyətlərinə görə yığmaya çağırmısız?
– Bakıya 26 gün əvvəl gəlmişəm. Köməkçilərimlə 2 aydan çoxdu ki, Azərbaycan millisini və futbolçuları analiz edirik. Mənə vacib olan çağırdığım futbolçuların istəyinə, davranışına baxmaq idi. Onların oynayıb-oynamadığı indi əhəmiyyətli deyil.

– Elvin Bədəlovun oyununu harda görüb bəyənmisiz?
– “Sumqayıt” – “Keşlə” matçında. Görüş 0:1 bitmişdi.

– Sizdən öncə yığmada çalışan əcnəbi mütəxəssislər özlərini azarkeşlərə sevdirə bilməyib. Onları analiz eləmisizmi və fərqli nələr etməyi düşünürsüz?
– Bəzi fikirlərim var. Heyf ki, vaxtımız çox azdı. Sabah ən vacib məsələ nəticədi. Istərdik ki, daha öncə yoldaşlıq oyunları keçirə bilək. Ancaq bu, mümkün deyil. Yaxşı işləmişik, taktiki və texniki cəhətdən hazır olmağa çalışmışıq. Baxmayaraq ki, rəqib güclüdü, mübarizə aparacağıq. İnsan özünü yalnız qalib gələrək sevdirə bilər. İlk növbədə güclü komanda yaratmalıyıq. Elə komanda ki, meydanda hər bir futbolçu komanda yoldaşına görə ölməyə də hazır olsun, ürəyini qoysun. Məqsədimiz qrupda 1-ci olmaqdı. Baxmayaraq ki, reytinqdə sonuncuyuq. Əlbəttə, Belçika və İtaliyaya qarşı oynasaq, bizim üçün daha çətin olardı.

– Millidə hansı konkret hansı 3 məqamə qeyd edə bilərsiz ki, ilk növbədə onları düzəltmək lazımdı?
– İlk növbədə mentalitet. Taktiki baxımdan irəliləyiş olmalıdı. Detallara girmək istəmirəm. Və həyatda bir şeyi başa düşmək lazımdı ki, məqsədə çox böyük istəklə gedirsənsə, ona nail ola bilərsən.

– Milli həmişə sıx qrafikdə oynamağa çətinlik çəkib. Bununla bağlı nə tədbir görməyi düşünürsüz?
– UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsin (gülür). Fikrimcə, biz fiziki baxımdan yox, mental cəhətdən işləməliyik. Bütün dünya bu formatda oynayır. Biz öyrəşməli, dəyişməliyik. Məqsədimizə istiqamətlənsək, bunu bacaracağıq. İlk oyunda qələbə qazansaq, psixoloji baxımdan daha güclü olacağıq. Buna görə də sabahkı matç olduqca əhəmiyyətlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimiz Xorvatiyaya məğlub oldu

admin

Evans: “Azərbaycanla oyun bizim üçün vacibdir”

admin

Sadıq Sadıqov: “Lənkərandakı stadiona toplaşan 12 min azarkeş…” – MÜSAHİBƏ

admin