Kateqoriyasız

Meza Kolli Sezar: “Qarabağ”ın büdrəməsinə ümid edəcəyik”

“Bir qol vursaydıq daha yaxşı olardı. Ancaq “Qarabağ” kimi komandaya qarşı heç-heçə oynamaq da yaxşı nəticədi. Düşünürəm ki, yaxşı oyun alındı. Qol vurub istəyimizə çata bilmədik”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in aparıcı üzvü Sezar Meza Kolli deyib.

İtaliyalı hücumçu çempionluq şansarının az olduqlarını da qeyd edib:

“Qarabağ”ı udsaydıq çempionluq şansımız daha yaxşı olardı. İndiki durumda isə çempionluq şansımızın çox olduğunu demək gülüncdü. Ancaq gələn turda “Xəzər Lənkəran”la oynayacağıq. Onları məğlub edib, “Qarabağ”ın xal itirməsinə ümid edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43