Dünyadan

Miçel Madeyra: “Ümid edirik ki, sabahkı oyunda istəyimizə çatacağıq”

“Sabah hər 2 komanda üçün çətin oyun olacağını bilirik. Qalib gələrək növbəti mərhələyə adlamaq istəyirik. Bakıdakı oyunda istədiyimiz nəticəni əldə edə bilməmişdik və məyus olmuşduq. Ümid edirik ki, sabahkı oyunda istəyimizə çatacağıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözlər Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Slovan”ın qonağı olacaq “Qarabağ”ın futbolçusu Miçelə məxsusdur. Miçel daha sonra rəqibin dinamik oyun nümayiş etdirəcəyini və belə oyuna hazır olduqlarını bildırib. 

Həmçinin, meydanın vəziyyəti ilə bağlə suala belə cavab verib: “Azərbaycanla Çexiyanın fərqli iqlim şəraitini və havanı nəzərə alsaq, meydanın vəziyyəti yaxşıdır. Daha dəqiq cavabı bu günkü məşqdən sonra verə bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43