Ölkə futbolu

Miçel və Zubir komanda ilə məşqlərə başladı

Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu məşqinə çıxıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın son hazırlığı dünən axşam saatlarında meydançada keçirilib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.

Mikrozədələri olan iki futbolçu – Miçel və Abdullah Zubir komanda ilə məşqlərə başlayıb. Digər zədəli oyunçusu Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxacaq. Ağdam təmsilçisi Bakı vaxtı ilə 12:00-da Donetsk “Şaxtyor”u ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43