Müsahibə

Migel Madera: “Biz fikrimizi belə mənfi şeylərə cəmləmirik”

"Qarabağ" Premyer Liqanın 17-ci turunda "Zirə"yə 2:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Migel Markos Madera jurnalistlərin suallarını cavablandırıb:

–    Əvvəlki oyunlar kimi, bu qarşılaşma da çətin oldu. Hədəfimiz qalib gəlmək idi ki, bunu bacardıq. Qalibiyyət əldə etdiyimiz üçün sevincliyik.

–    Dani Kintananın yoxluğu meydanda hiss olunurdu?

–    Təbii ki, Dani bizim üçün vacib futbolçudur. Təəssüf ki, o, hazırda zədəlidir və bərpa olunur. Biz fikrimizi belə mənfi şeylərə cəmləmirik. Növbəti oyunlar haqda düşünürük.

–    Çempionatın durumu motivasiyanıza necə təsir edir?

–    Qazandığımız qələbə motivasiyadır. Çempionatda yaxşı futbolçular var. Üstəlik, bütün oyunlar çətin keçir. Deməzdim ki, rahat xallar qazanırıq. Suallarınız mənə təəccüblü gəlir. Rəqiblərimiz də müqavimət göstərir və qələbə qazanmaq istəyir. Meydanda hər şey göz qabağındadır.

–    “Qarabağ”ın hakim köməyinə ehtiyacı varmı?

–    Mən bu barədə heç nə danışmaq istməmirəm. Hakimlik də asan deyil.

–    “Qəbələ” ilə oyun yaxınlaşır. Sizcə, həlledici qarşılaşma ola bilərmi?

–    Deməzdim ki, həlledici olacaq. “Qəbələ”dən öncə “Kəpəz”lə qarşıaşacağıq. Bizi Gəncə səfərində çətin oyun gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43