Ölkə futbolu

Migel Maderanın “Qarabağ”dakı taleyinə aydınlıq gəldi – RƏSMİ

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb.

İspaniyalı yarımmüdafiəçi daha iki il Ağdam klubunun formasını geyinəcək. Dünən Bakıya gələn təcrübəli oyunçu bu gündən etibarən məşqlərə qoşulacaq.

31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında “Qarabağ”a transfer olunub və 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.

Xatırladaq ki, “Qarabağ” bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə də yeni müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43