Kateqoriyasız

Mikayıl Cabbarov “Qarabağ”ın İsraildəki matçını izlədi – Fotolar

İqtisadiyyat naziri  Mikayıl Cabbarov və “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov “Qarabağ”ın İsraildə “Aşdod”la keçirdiyi oyunu stadionda izləyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə O.Məmmədov öz Tvitter hesabında məlumat verib.

““Qarabağ” Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la bugünkü oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm”.

Nazir Mikayıl Cabbarov oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb. Klub nümayəndələri nazirə “Qarabağ”ın formasını hədiyyə ediblər.

Qeyd edək ki, “Qarabağ” Bakıda 0:0 hesablı heç-heçə etdiyi rəqibinə səfərdə 1:0 hesabı ilə qalib gələrək adını 3-cü təsnifat mərhələsinə yazdırıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43