Ölkə futbolu

Mikayıl Nərmianoğlu: “Gəncə stadionu ən müasir ot örtüyü ilə təmin olunacaq”

Bu gün “Kəpəz” yeni mövsüm üçün məşqlərə start verib.

İdmanxeber.com-un məlumatın görə, ilk hazırlıq prosesindən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçularla görüşüb.

Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran M.Nərimanoğlu “Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib. Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib. Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda “Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib. Sonda Mikayıl Nərimanoğlu komandaya uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43