Ölkə futbolu

“Mil-Muğan” xahiş etdi, PFL dəyişdi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” – “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirilmişdir. “Mil-Muğan” klubunun Peşəkat Futbol Liqasına ünvanladığı məktubda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilir. “Qəbələ” klubunun da razılıq məktubunu nəzərə alaraq “Mil-Muğan” – “Qəbələ” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43