İdman

“Mil-Muğan” – “Zaqatala”: 0:1 (TƏHLİL)

Bu gün birinci divizionun 19-cu turunda “Mil-Muğan” doğma meydanda “Zaqatala”nı qəbul etdi.

Tərəflər arasında Zaqatalada baş tutmuş ilk dövrənin matçında İmişli klubu rəqibinə böyükhesabla məğlub olmuşdu – 0:4.

Bu oyun öncəsi hər iki komandada hədəf 3 xal idi.. Premyer Liqaya vəsiqə verən yer uğurunda mübarizə aparan komandaların İmişli səfəri öncəsi statistik göstəriciləri maraq doğurmaya bilməzdi.

Zaqatala klubu son 4 oyunda qələbə qazanmaqda çətinılik çəkirdisə, "Mil-Muğan"da vəziyyət tamam başqa idi. İmişli təmsilçisi qeyri-stabil çıxışı ilə fərqlənirdi.

Qonaq həmləsi…

Görüş gözlənildiyi kimi qonaqların hücumları ilə başladı. Gah sağ, gah da sol cinahdan "Mil-Muğan"ı təzyiq altında saxlayan Şaban Şirdanovun yetirmələrinin bu üstünlüyü 15-ci dəqiqəyə kimi davam etdi. Qonaq komandanın erkən qol vurmaq arzusu ürəyində qalınca meydan sahibləri matçın "ipi"ni ələ keçirdi.

Sol cinahdan daka kəsərli hücumlar quran "Mil-Muğan"da son zərbəni vuran tapılmırdı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə tərəflərdən heç biri fərqlənməyincə komandalar fasiləyə qolsuz bərabərliklə yollandı – 0:0

İkinci hissə qarşılıqlı hücumlar şəraitində başladı. Hər iki komanda gücü hücumlar yaratsa da, istəyinə nail ola bilmirdi. İlk hissəyə nisbətən ikinci hissə daha aqressiv şəkildə keçidi. Bunun nəticəsində matçın 75-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Ramazan Həsənovla “Zaqatala”nın oyunçusu Emin Mehtiyevin arasında kiçik mübahisə yaşandı. Amma hakim və futbolçuların sayəsində oyunçular arasında yaşanan olay böyümədi.

Fəallığını daha da artıran Şaban Şirdanovun yetirmələri matçın 79-cu dəqiqəsində istəyinə çatdı. Komandanın 24 yaşlı futbolçu, eləcə də, I divizionun bombardiri  Oruc Balaşlı hesabı açdı.

İmişli klubu hesabı bərabərləşdirmək üçün hücumlarının kəsərini artırdı. Matçın 84-cü  dəqiqəsində "Mil-Muğan"ın futbolçusu 14 nömrəli futbolçusu Elnur Məmmədov fərqlənməyə yaxın idi. Amma onun qapıya doğru zərbəsini qapıçı ustalıqla dəf etdi.

"Zaqatala" klubunda oyunçuların ustalıq səviyyəsinin yüksək olması sonucda onlara 3 xal qazandırdı.

Matçın qalan vaxtında qapılara başqa qol vurulmadığı üçün görüş 0:1 hesabı ilə başa çatdı.

Bununla da xallarının sayını 28-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi. Aktivində  28 xalı olan "Mil-Muğan" isə 7-ci pillədə qərarlaşdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43