l Divizion

“Mil-Muğan” – “Zaqatala”: İmişli klubu üçün müsbət məqamlar

Azərbaycan I Divizionunun 19-cu turu çərçivəsində bu gün “Mil Muğan” öz meydanında “Zaqatala”nı qonaq edəcək.

İdmanxeber.com-un məlumatına görə, tərəflər arasında Zaqatalada baş tutmuş ilk dövrənin matçında İmişli klubu rəqibinə böyükhesabla məğlub olmuşdu – 0:4.

Bu oyun öncəsi hər iki komandada hədəf 3 xaldı. Premyer Liqaya vəsiqə verən yer uğurunda mübarizə aparan komandaların İmişli səfəri öncəsi statistik göstəriciləri maraq doğurmaya bilməz.

Qonaq “Zaqatala” klubu son 4 oyunda qələbəyə həsrətdi. Belə ki, Şaban Şirdanovun yetirmələri keçirdiyi son 4 səfər matçında cəmi 1 xal qazana bilib. Ümumilikdə isə Zaqatala təmsilçisi 9 səfər görüşünün 5-də qələbə qazanıbsa, 1 matçda heç-heçə edib. Səfərdə məğlubiyyət sayısı isə 3-dü.

Meydan sahibi “Mil-Muğan”da isə vəziyyət başqadı. İmişli klubu evdə keçirdiyi son 4 oyununda maksimum nəticə qazanıb – 12 xal.

Bu oyun öncəsi “Zaqatala”nın topladığı 35 xalla 5-ci pillədə qərarlaşıb. “Mil-Muğan” isə 18 oyundan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.

Sonda onu da xatırladaq ki, bombardirlər siyahısına “Zaqatala”nın hücumçusu Oruc Balaşlı başçılıq edir – 22 qol.

Qeyd edək ki, “Mil-Muğan” – “Zaqatala” oyunu saat 15:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43