l Divizion

“Mil-Muğan”ın Premyer Liqaya layiq stadionu – FOTOLAR

Bu gün I divizionun 19-cu turu çərçivəsində “Mil-Muğan” doğma meydanda “Zaqatala”nı qəbul edir.

İdmanxeber.com-un məlumatına görə, matç Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilir. 8500 azarkeş tutumuna malik olan təbii ot örtüklü stadionda vaxtilə “MKT Araz” klubu ev oyunlarını keçirirdi. Elə buna görə də, stadionun tribunalarında “”MKT Araz”ın adı hələ də durmaqdadır. Baxımsızlıq ucbatından ot örtüyünün durumu yararsız vəziyyətə düşsə də, futbolçuların topla rahat hərəkət etməsinə elə də ciddi təsir göstərmirdi.

Həmin stadionun fotolarını təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43