l Divizion

“Mil-Muğan”la matç öncəsi “Zaqatala”da ciddi itkilər

Bu gün birinci divizionun 19-cu turu çərçivəsində "Mil-Muğan" doğma meydanda "Zaqatala"nı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Əldə etdiyimiz məlumata görə, komandanın heyətində 4 futbolçu zədəlidir. Belə ki, komanda bugünkü oyunda zədə səbəbi ilə Arzuman Nəsibovun köməyindən yararlana bilməyəcək. Bundan əlavə, Hacı Əhmədov, Kənan Müslimov və Elçin Süleymanovun da oynayıb oynamayacağı dəqiq deyil.

Qeyd edək ki, matç saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43