16 Sentyabr 2024
Dünya futbolu

“Milan” 40 milyona hücumçu alır

“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Bolonya”nın hücumçusu Coşua Zirzkenlə maraqlanır. Artıq tərəflər arasında danışıqlar start götürüb.

Futbolçunun müqaviləsində 40 milyon avro qarşılığında sərbəst qalacağı bildirilir. “Milan” klubu da bu məbləği ödəməyə hazırdı.

Coşua son mövsümdə “Bolonya”nın heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43