Dünyadan

“Milan” 40 yaşlı qapıçı aldı

“Milan” heyətinə yeni qapıçı cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, komanda “Kalyari”nin qapıçısı Marko Storari ilə razılığa gəlib. Məlumata görə, 40 yaşlı qapıçı mövsümün sonuna kimi “qırmızı-qaralar”da çıxış edəcək.  “Milan” onun əvəzində qapıçısı Qabrieli  “Kalyari”yə göndərib.

Qeyd edək ki,  Storari  2007-2010-cu illərdə də “Milan”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43