Dünya futbolu

“Milan” baş məşqçisini qovdu!

“Milan” klubunun rəsmi saytı xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri vəzifəsindən qovulub. 46 yaşlı çalışdırıcıya qarşı bu addım “Sassuolo” ilə oyunundan aldığı məğlubiyyətə (4:3) görə atılıb.

Alleqri “rossonerilər”i 2010-cu ildən çalışdırırdı və həmin mövsüm qızıl medalları qazanmışdılar. Bundan başqa 2011-ci ildə İtaliya Super Kubokunun da sahibi olmuşdular.

Müvəqqəti  olaraq klubu, Alleqrinin köməkçisi Mauro Tassotti idarə edəcək. Hal-hazırda “Milan” 22 xalla 11-ci pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43