Dünyadan

“Milan” Dzeko ilə maraqlanır

İtaliya A Seriasında mübarizə aparan “Milan” “Roma”nın hücumçusu Edin Ceko ilə maraqlanır.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “Corriere dello Sport” xəbər yayıb.

“Milan”ın paytaxt təmsilçisi ilə görüçəcəyi və bosniyalı futbolçu üçün 35 milyon avro təklif edəcəyi bildirilir.

Xatırladaq ki, “Mançester Siti”dən 11 milyon avro qarşılığında “Roma”ya transfer olan 31 yaşlı oyunçu bu mövsüm iştirak etdiyi 33 matçda 25 qol vurub və 8 məhsuldar ötürmə etdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43