Dünya futbolu

“Milan” fransalı oyunçunun dəyərini bəlirləyib

“Milan” Teo Hernandesi yayda sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, “rossoneri” fransalı oyunçunu 70-80 milyon avro dəyərində qiymətləndirir. 26 yaşlı sol cinah müdafiəçisiylə Premyer Liqa və Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır.

“Bavariya”da Hernandeslə maraqlanan komandalardan biridir.

Teo 2019-cu ildən “Milan”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 33 oyunda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43