16 Sentyabr 2024
Dünya futbolu

“Milan” gənc oyunçunu transfer edir

”Milan” “Verona”nın gənc oyunçusu Filippo Terraççenonu transfer edir.

İdmanxeber.az Fabritsio Romanoya əsasən xəbər verir ki, “rossoneri” 20 yaşlı vunderkid üçün “Verona”ya bonuslarla birlikdə 5.5 milyon avro ödəyəcək. Anlaşmanın yaxın günlərdə tamamlanacağı gözlənilir.

Bu il 19 oyuna çıxan Terraççeno 1 məhsuldar ötürməylə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43