Dünya futbolu

“Milan” Hakan Çalhanoğlu ilə bağlı qərar verdi

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu “Milan”dan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya mətbuatında yayılan xəbərdə bildirilir ki, klub mövsümün sonunda 25 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir.

Milan təmsilçisi bu satışdan 20 milyon avro qazanc əldə etməyi düşünür.

Qeyd edək ki, Çalhanoğlu 2017-ci ildən “Milan”ın formasını geyinir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43