Dünya futbolu

“Milan” Hakan Çalhanoğlunun qiymətini bəlirlədi

Almaniyanın “Bayer” klubundan “Milan”a keçən türkiyəli futbolçu Hakan Çalhanoğlunun dəyəri bəlli olub.

İtaliya mətbuatının verdiyi məlumata görə, Milan təmsilçisi 24 yaşındakı futbolçunu heyətinə qatmaq istəyən klubdan 20 milyon avro tələb edəcək. Xəbərdə bildirilir ki, bu barədə “Milan”nın idman direktoru Leonardo açıqlama edib.

Hakan Çalhanoğlu 2017-ci ildə “Bayer”dən 21 milyon avro qarşılığında “Milan”a transfer olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43