Dünya futbolu

“Milan” “Latsio” ilə danışıqlara başlayır

Sergey Milinkoviç-Saviç mövsüm sonu “Latsio”dan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Milan”nın maraq dairəsindədi. Rəhbərlik yaxın vaxtda serbiyalı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.

Roma klubu daha öncə 28 yaşlı futbolçu üçün 40 milyon avro tələb edəcəyini bildirmişdi. “Milan” isə qarşı tərəflə danışıqlar zamanı bu rəqəmi azalacağına ümid edir. 

Saviçin “Latsio” ilə 2024-cü ilə qəədr müqaviləsi var. Onun komanda ilə sözləşmə uzatmaqdan imtina edib.

28 yaşlı futbolçu bu mövsüm A Seriyasında 34 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43