İdman

Milan “Qarabağ”a qarşı oynamayacaq

“Zirə”nin futbolçusu Milan Duriç gələn tur “Qarabağ”a qarşı oynaya bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb yarımmüdafiəçinin “Keşlə” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsidi. Bu, Duriçin mövsümdə 8-ci xəbərdarlığıdı.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” matçı aprelin 27-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43