Dünya futbolu

“Milan” Qattuzonu qovur

“Milan” baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərir.

“Milan” A Seriyasının 19-cu turunun SPAL-la oyunundan sonra 40 yaşlı çalışdırıcı ilə yollarını ayıracaq.  “Frazinone” ilə alınan 0:0 bərabərlik  gənc mütəxəssis üçün bardağı daşırıb. İtaliya mətbuatı yazır ki, “Milan” SPAL-ı məğlub etsə belə, bu, Qattuzonun istefaya göndərilməsinə mane olmayacaq.

Hazırda komanda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43