Dünya futbolu

“Milan” sabiq futbolçusunu geri qaytardı

“Milan”ın sabiq qapıçısı Kristian Abbyati klubda vəzifə alıb.

İdmanxeber.com-un məlumatına görə, veteran futbolçu komandanın meneceri təyin olunub. O, rəhbərliklə futbolçular arasında əsas vasitəçi olmaqla idman direktoru Massimiliano Mirabellinin qarşısında məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Abbyati 1998-2016-cı illərdə “Milan”ın şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43