Dünya futbolu

“Milan” son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

İtaliya A Seriasında 23-cü turun görüşləri çərçivəsində keçirilən “Bolonya” – “Milan” matçında qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Milan” 38-ci dəqiqədə Qabriel Palettanın, 59-cu dəqiqədə isə Yuray Kuçkanın meydandan qovulmasına baxmayaraq sonadək mübarizə aparıb və 89-cu dəqiqədə qələbə gətirən qolu vurub.

“Bolonya” – “Milan” 0:1

QOL: Mario Palasiç, 89


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43