Dünya futbolu

“Milan” Türkiyə millisinin üzvü ilə maraqlanır

“Milan” və “Fənərbağça” klubları türkiyəli yarımmüdafiəçi Yusuf Yazıcı yaxından izləyir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu bu yay “Lill”dən ayrıldıqdan sonra azad agent statusu alıb. O, ötən mövsüm Fransa çempionatında 27 matçda iştirak edib, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Yazıçı karyerası ilə bağlı qərarını qərarını Avro-2024-dən sonra verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43