Dünya futbolu

“Milan”a görə dövlət dəstəyindən məhrum edildi

“Milan” klubunu almaq üçün danışıqlar aparan “Sino-Europe” dövlət dəstəyindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, Çin hökumətinin yerli biznesmenlərin xarici idman layihələrində iştirakını ciddi şəkildə tənqid etməsindən sonra  “Haixia Capital Management” “Milan”la razılaşmanın qarşıdakı maliyyə işlərindən imtina edib.

Berluskoninin şirkəti olan “Fininvest” də məsələdən xəbərdardır. Buna baxmayaraq, tərəflər razılaşmanı davam etdirmək yolunda irəliləyir.

“Sino-Europe”nın dövlət investorunu itirməsindən sonra imzalama prosesi bir qədər də tezləşdirilə bilər. Şirkət əlavə maliyyə üçün tərəfdaşlar axtarışına başlayıb.

Xatırladaq ki,  “Sino-Europe”  ötən yay “Milan”ı 520 milyon avroya almaq barədə razılıq əldə edib. Bu məbləğ bir neçə dəfəyə köçürüləcək. Berluskoni artıq məbləğin 200 milyonunu alıb. 3-cü köçürülmənin bu yaxınlarda baş tutacağı gözlənilsə də, 1 aylıq təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43